64a457601f87e202307233112
Cavanşir Məmmədov efirə gəldi, gərgin anlar yaşandı - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib. 

Axşam.az-ın məlumatına görə, C.Məmmədov bu gün canlı yayıma gələrək onun iddialarını yalan adlandırıb. İfaçı bildirib ki, hazırda Mustafa ilə olan məhkəmə prosesi davam edir. 

O qeyd edib ki, Mustafanın iddia etdiyi kimi, onun qarşı tərəfə 300 min dollar borcu yoxdur. Sənətçi deyib ki, əksinə Kemal ifaçıya 100 min dollar pul ödəməlidir: "Məndən xahiş edib ki, onu həbs etdirməyim. Hər həftə mənə min manat pul ödəyəcək. Hələ də pul verməyib. Qızımı məsələyə qatmayın. Pandemiyada iş yox idi, mən də maşınımı satıb pulu evə qoymuşdum. Mənə dedi ki, pul verin işə yatıraq və sizə hər ay pul ödəyək. Ailədə çox adam var, gəlirim ancaq toydandır. Pandemiyada toy olmadığı üçün buna inandım və pulu verdim. Sonra həyat yoldaşım dedi ki, qalan pulu da verək, evdə saxlamayaq. Beləcə, indi mənə 100 min dolları qaytarmır". 

Proqram boyunca Kemal Mustafa ilə C.Məmmədov arasında gərgin anlar yaşanıb. Mustafa müğənnini ona "dələduz" dediyi üçün məhkəməyə verəcəyini söyləyib. 

Sənətçi Mustafanın onun 20 yaşlı nəvəsi Rəfiqəyə də vorcu olduğunu iddia edib. 

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

 


04.07.2023 21:30
show 1806