Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə
qalmaqal yaşadığı "Təsir dairəsi" ictimai-sosial proqramının aparıcısı
Lalə Azərtaşa efir vasitəsi ilə sərt ismarıc yollayıb.
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, sənətkar qonaq olduğu
"Bizim vaxtımızda" verilişində ad çəkmədən aparıcını sözləri ilə
"sancıb".
"Yaxşı kişilər üçün kişi söz deməlidir, arvad yox. Mənim adımda "şir"
sözü var deyə, bu yaxınlarda qadın aparıcılardan biri xoş olmayan
ifadələr səsləndirmişdi. O aparıcı (qalmaqal yaşadığı "Təsir dairəsi"
ictimai-sosial proqramın aparıcısı Lalə Azərtaşı nəzərdə tutur - red.)
danışığından kənara çıxdı, qırmızı xətti keçdi. Aparıcı "Verilişimə
çoxları şir kimi gəlib, pişik kimi gedirlər" sözlərini söylədi. Amma mən
nə şir, nə də ki pişik deyiləm. Mən vətəndaşam", - deyə C.Məmmədov
vurğulayıb.
Xatırladaq ki, Cavanşir Məmmədov verilişlərin birində Lalə Azərtaşın
ondan və ailəsindən üzr istəmədiyi halda, məhkəməyə verəcəyi ilə
hədələyib.
Lalə isə aparıcısı olduğu "Təsir dairəsi" ictimai-sosial proqramda
"Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm" sözlərini
dilə gətirib.
Qeyd edək ki, keçmiş kürəkəni Mustafa İbili aylar əvvəl "Təsir dairəsi"
verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min
dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın
əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın
borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs
olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.