Əməkdar artist Cavanşir Məmmədov efirdə qızıllarını nümayiş etdirib.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində özünün aldığı və ona hədiyyə edilən bahalı zinət əşyalarını üzə çıxarıb.
"Gördüyünüz bu sinəyə taxılan "qızılı mikrofon" aksesuarı brilliant
daşlarla bəzədilib. Azərbaycan müstəqillik qazanandan sonra 2005-ci ildə
türk müğənnisi kiçik Əmrah və mən Bakıda konsert proqramı ilə çıxış
etdik. İş adamı və hazırda qudam olan Vəli Məmmədov Əmraha və mənə bunu
hədiyyə edib. Əmrahda olan "qızıl mikrofon"un üzərinə onun adı, məndə
isə mənim adım yazılıb. Bu sənət yadigarıdır.
Acından ölsəm də, bunu satmaram. Bu qızıl klonu isə rəhmətlik İlhamə
Quliyeva mənə 2010-ci ildə hədiyyə edib. Bunların hamısının başında
sənət durur. Dostlarım 2006-ci ildə limuzin "QAZ - 31" markalı avtomobil
hədiyyə etdilər. O maşın zavod istehsalı idi. İnsanın əsas sənəti
olmalıdır", - deyə Cavanşir Məmmədov vurğulayıb.