Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Zaur Nəbioğlu və Aysel Novruzova arasında efirdə qalmaqal yaşanıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, münaqişəyə səbəb aparıcıların sənətkarın söylədiyi kimi, sözünü kəsməsi olub.
Cavanşir qonaq olduğu "Rəngarəng səhər" verilişində onun sözünü kəsən proqramın aparıcıları Zaur və Ayselə irad bildirib: "Siz qoymursunuz, icazə vermisiniz ki, mən danışım. Qonağın sözünü
kəsmək olmaz. Aparıcı qonağın sözünü kəsməməlidir. Qoyun sözümü deyim.
İki nəfər düşmüsünüz üstümə. Qəribə danışırsınız... Mən bu 53 il sənət
yolunda görün nə qədər aparıcı görmüşəm? İndi aparıcı mənəm!".
Onun bu sözlərinə Zaur və Aysel etiraz ediblər: "Siz burada aparıcı ola bilməzsiniz. Siz aparıcı yox, qonaqsınız. Siz
çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görə
bilməzsiniz. Söhbət səhnədən gedir. Sizin aparıcı sayını görməyiniz çox
ola bilməz".
Daha sonra Məmmədov fikirlərini belə davam etdirib: "Siz sözdən söz çıxartmayın. Siz durub burada hoqqa çıxartmayın və bizi
digər müğənnilərlə qarşı-qarşıya qoymayın. Əgər siz bu verilişdən gələn
maaşa razı olmasaydınız, qalıb işləməzdiniz. Siz bilin ki, burada kimlə
danışırsınız. Mən sizdən yaşca iki dəfə böyüyəm (37 yaşlı aparıcı Aysel
Novruzovanı nəzərdə tutur - red.) Mən yanımda çalışan heç bir
musiqiçinin pulunu kəsməmişəm. Kəssəydim, həmin şəxs ikinci dəfə mənimlə
məclisə getməzdi. Siz burada şou göstərmək istəyirsiniz, bilmirsiniz nə
edəsiniz... Ayıbdır, belə şeylər etməyin. Sənətdən danışaq vəssalam".
Proqramın gedişatında hər iki aparıcı müğənni ilə aranı sakitləşdirməyə çalışıb.
Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik: