“Çarpayımda yatmağa yer yoxdu” – Elza Seyidcahan - FOTO
"Klassik yazıçılar ümumbəşəri yazırlar. Onların dedikləri hər
dövr üçün aktualdır. Mənim geyimlərim də klassik-avanqard geyimlərdi.
Dünən də olub, bu gün də var, sabah da olacaq."Bu sözləri əməkdar artist Elza Seyidcahan Moderator.az saytına açıqlamasında deyib. O, evində hökm sürən sıxlıqdan gileylənib.
"Mənim evim ev deyil, qarderobdur. Hərdən Bakımızın küçələrini maşınla
gəzirəm. Deyirəm ki, "Ay Allah Bakımızın küçələri necə sıxlıqdı, lap
evimə oxşayır. Bakı mənim evimə oxşayır. Evim ancaq qarderobdur, yer
yoxdur. Çarpayımı da qarderoba çevirmişəm. Divanda yatıram. Anam deyir
ki, niyə divanda yatırsan? Deyirəm, mənə bura rahatdır. Deyir, get
çarpayında yat. Deyirəm, axı yer yoxdu paltarlardan. Dəmirdən, kağızdan
düzəldilən paltarlarımı mənim bacım Lalə Seyidcahanla ağlaya-ağlaya
atdıq. Yer yox idi, biz onu hara verə bilərik, əl işidi."
Elza Seyidcahan pianosuz yaşaya bilmədiyini də vurğuladı: "Hara getsəm, özümlə pianino daşıyıram. Kənddə evim var, fikirləşirəm
ki, ora mütləq pianino getməlidi məndən qabaq. Bəlkə də o evə ildə
bir-iki dəfə gedəm, amma orda pianino mütləq olmalıdır. Pandemiya
dövründə mən bağ evimə pianino aldım. Evimdə bir royal var, 1-ci
mərtəbədə də pianino var, 2-ci mərtəbədə də."