6743387e6cc32202411243022

Çarli Çaplinin hər kəsi ağladan hekayəsi...

Qlobal.net kino tarixinin ən böyük komediya ustası Çarli Çaplinin başına gələn qəmli, lakin ibrətamiz hadisəni təqdim edir... 

"Çox kiçik yaşlarımda atamla bir sirk tamaşasına getmişdik. Bilet növbəsi çox uzun idi və qarşımızda ana, ata və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları açıq hiss olunurdu, paltarları köhnə, amma təmiz idi.

 Uşaqlar sirk haqqında danışarkən çox xoşbəxt görünürdülər. Sıra onlara çatanda ataları kassa yaxınlaşıb bilet haqqını soruşdu. Kassir ona qiyməti deyəndə adam həyəcanla arvadının qulağına nəsə pıçıldadı. Utancdan gözünü yerə dikmişdi. Birdən atam cibindən 20 dollar çıxarıb yerə atdı. Sonra əyilərək yerdən götürüb o adamın çiyininə vuraraq dedi:

"Pulunuz düşüb, bəy!" Adam atama baxdı və gözləri yaşararaq: "Təşəkkür edirəm, bəy" dedi

. Onlar içəri girəndən sonra atam mənim əlimdən tutub növbədən çıxdı. Çünki atamın o adama verdiyi 20 dollardan başqa pulu yox idi. O gündən bəri atamla fəxr edirəm və o, 2 dəqiqə mənim həyatımda izlədiyim ən gözəl tamaşa oldu. O gün izləyə bilmədiyim sirk tamaşasının daha gözəl olduğuna əminəm..."


24.11.2024 18:32
show 144