Canlıda söyüş söyən tiktoker cərimələndi

Naxçıvan Muxtar Respublikasında tiktoker saxlanılıb.
Hadisə Ordubad şəhərində qeydə alınıb.
38 yaşlı Marif Rzayev (ad və soyad şərtidir) axşam saatlarında kafedə Tiktok sosial şəbəkəsində canlı yayım açıb. Bu zaman tanıdığı bir şəxs ona zəng edib. Marif onunla zarafatlaşıb və canlı yayımda olduğunu unudaraq, nalayiq ifadələr işlədib. Bu əməlinə görə, Marif saxlanılıb və polis şöbəsinə aparılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
O, əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Ordubad rayon Məhkəməsinin qərarı ilə Marif Rzayev barəsində 70 manat məbləğində inzibati cərimə cəzası təyin olunub. (lent.az)



