Canlı efirdə meyxanaçı ekspertə hücum etdi - VİDEO
"Space TV"də yayımlanan "Gəl danış" verilişində gərgin anlar yaşanıb. Qlobal.net axsam.az-a istinadən xəbər verir ki, meyxanaçı Samirə Yusifqızı ilə
jurnalist Ramilə Sultan arasında mübahisə düşüb. Samirənin rəqs videosu
ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə
isə onlar sözügedən verilişdə mübahisə ediblər.
Tərəflər bir-birinin
ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum
edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb. Bir-birini
təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.
Qeyd edək
ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez
yaşanır.
Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi"
verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən"
proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü.