63e628b14f0c4202302232121

“Canın çıxsın, pul yüklə ki, donmayasan”

Müğənni Pərvin Lətifov "Azəriqaz" İstehsalat Birliyinin operatorlarından şikayətlənib.

Qlobal.net olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi feysbuk hesabından paylaşım edib.

"Operatorlarınıza nə zaman danışmaq öyrədəcəksiniz? Öz dili ilə deyir ki, 2023-cü ildə 3 dəfə sizin sayğac koda düşüb. Deyirəm ki, dəyişin. Deyir, işləyən sayğacı dəyişmirik. Gecə saat 4-də koda düşür. Canın çıxsın, get karta pul yüklə, qaz gəlsin ki, evdə donmayasan... Adamın da sözü ağzında qalır, telefonu söndürür... Niyə axı, niyə?", - deyə, Pərvin vurğulayıb.

10.02.2023 15:20
show 368