30.09.2021
08:14
65

"Canımdan can olan igid qardaşımı itirdim" - Vüsalə Əlizadə

Loading...

"İllərdir havasına, suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz, qürurumuz, qeyrətimiz, gücümüz və sözümüz bir oldu…".

 

Pravda.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. Anım günü ilə bağlı paylaşım edən aparıcı dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadədən də bəhs edib:

 

"27 Sentyabr - Dəmir yumruq kimi birləşdiyimiz gün... Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara haykırış günü… Qazandıq, amma təəssüf ki, itirmədən qazanmaq olmur. Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi. Sayəndə, Azərbaycan əsgəri. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.

 

Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum, bir ömürlük borcumuzun bir zərrəsini verməyə çalışdım… Canımdan can olan vətən oğlu, igid qardaşımı itirdim. Mənim də bu acı günlərimdə yanımda olan, dəstək olan o analar, bacılar bir daha sübut etdi ki, qeyrət, qürur cinsiyyətdə deyil, bizim qanımızdadır! Dərd ortağınızam, dərdinizə qurban olum, təsəllim sizsiniz. Dastana çevrilən şəhidlərimiz qarşısında baş əyirəm".

 

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

Loading...