Əməkdar artist Elza Seyidcahan yenidən meyxanaçıların ünvanına dediyi tənqidi fikirlərlə gündəmə gəlib.
Qlobal.net axşam.az-a istinadən bildirir ki, müğənni yutubda yayımlanan layihələrdən birində onların uşaqların tərbiyəsini pozduğunu deyib: "Bəzi meyxanaçılar uşaqlarını bahalı məktəblərdə oxutdururlar: "Oxford"da, rus, ingilis dilində. Bu pulları necə qazanırlar? "Tsaarə, tsarə" oxuyub, camaatın uşağını pozurlar. Biri gedib qızlara oğlan rəqsi öyrədir. Valideyn gətirir ki, uşağıma oğlan rəqsi öyrət. Bu pulla gedib uşağını Londonda oxutdurur, amma cəmiyyəti pozur. Hələ yekəlməyən, balaca balaları efirə qoymaq olmaz. İstəmirəm adlarını çəkim, reklam olarlar".