Çağatay Ulusoy bu serialla fanatları sevindirəcək
Aktyor Çağatay Ulusoy və həmkarı Demet Özdemiri bir araya gətirən yeni serial “Eşref Rüya”nın testdən uğurla keçib.
Qlobal.net xəbər verir ki, “Eşref Rüya” serialı Eşref və Nisanın sevgi hekayəsindən bəhs edəcək. Eşref uşaqlıqda yetim qalmağın gətirdiyi təkliyə görə cinayət aləminə sürüklənib və illər ərzində bu dünyanın içində güclü bir şəxsiyyətə çevrilib. Onun üçün yetimlər itirdiyi ailəsinin yerinə qoyduğu qardaşlarıdır. Lakin bu “ailə” cinayət dünyasının tam mərkəzində mövcuddur.
Bir tərəfdən yeraltı təşkilatlarının başında olmaq kimi ağır bir məsuliyyət daşıyan Eşref digər tərəfdən daim axtardığı dincliyə qovuşmağa çalışır. Ancaq gözlənilmədən qarşısına çıxan Nisan onu heç təsəvvür edə bilməyəcəyi bir fırtınanın içinə sürükləyəcək.
Səbinə
Qlobal.net