C vitamini mənbəyi olan 12 meyvə

C vitamini mənbəyi olan 12 meyvə

Vitamin C bədənin müdafiə sistemini dəstəkləyir və xəstəliklərlə daha asan mübarizə aparmağa kömək edir. 

 

Qlobal.net bildirir ki, C vitamini dərinin, damarların, qığırdaqların və birləşdirici toxumaların yenilənməsini təmin edir. Dəridə kollagen istehsalını dəstəkləyir. C vitamini çatışmazlığı ürək problemləri və xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər. Saç və dəri problemlərinə və diş əti xəstəliklərinə də səbəb ola bilər.

 

Bəs C vitamini ilə zəngin meyvələr hansılardır?

 

1)Portağal: Portağal yüksək qida dəyəri olan bir meyvədir. Kiçik bir portağal bir porsiya meyvəyə bərabərdir. 100 qram portağalda 53 mq C vitamini var. Bu nisbət, bir yetkinin qəbul etməli olduğu gündəlik C vitamini miqdarının 88 faizini qarşılayır.

 

2)Qreypfrut: 100 qram qreypfrutda 44 mq C vitamini var. Bu nisbət, bir yetkinin qəbul etməli olduğu gündəlik C vitamini miqdarının təxminən 73 faizini qarşılayır. C vitamini ilə yanaşı, qreypfrut karbohidratlar, lif, kalium, A vitamini, kalsium və dəmirlə zəngindir.

 

3)Limon: Limon yüksək miqdarda C vitamini ehtiva edir. 100 qram limonun tərkibində 44 mq C vitamini var. Bu nisbət gündəlik tələb olunan C vitamini dəyərinin 73 faizini qarşılayır. C vitamini ilə yanaşı, karbohidratlar, lif, zülal, sağlam yağ turşuları, A vitamini, kalium, kalsium və dəmirlə zəngindir.

 

4)Mandarin: 100 qram mandarində 43 mq C vitamini var. Bu nisbət gündəlik alınması lazım olan C vitamini miqdarının yüzdə 70-ni qarşılayır. Mandarin C vitamini ilə yanaşı, karbohidratlar, lif, A vitamini, kalium, kalsium və dəmirlə zəngindir.

 

5)Kivi: 100 qram kivinin tərkibində 60 mq C vitamini var. Bu dərəcə bir yetkinin gündəlik ehtiyacı olan bütün məbləğə bərabərdir. Kivi həm də fol turşusu, lif və kaliumla zəngin bir meyvədir.

 

6)Qovun: 100 qram qovun təxminən 20 mq C vitamini ehtiva edir. Bu nisbət gündəlik ehtiyacın yalnız 33 faizini ödəyir. Yay aylarının dadlı meyvəsi olan qovun A vitamini, kalium, mis və fol turşusu ilə yanaşı, C vitamini ilə də zəngindir.

 

7)Qaragilə: Qaragilə C və E vitaminləri, lif, kalium, fol turşusu və dəmirlə zəngin bir meyvədir. 100 qram qaragilə 30 mq C vitamini ehtiva edir. Bu nisbət gündəlik ehtiyacın 50 faizini ödəyir.

 

8)Qara Qarağat: Qara qarağat C vitamini ilə yanaşı, kalium, fosfor və dəmirlə də zəngin meyvədir. 100 qram qara qarağatın tərkibində 23 mq C vitamini var.

 

9)Çiyələk: 100 qram çiyələkdə 65 mq C vitamini var. Bu nisbət bir yetkinin qəbul etməli olduğu gündəlik C vitamini miqdarından artıqdır.

 

10)Ananas: 

100 qram ananasda təxminən 48 mq C vitamini var. Bu nisbət gündəlik ehtiyacın 80 faizini ödəyir. Karbohidratlar, A vitamini, kalium, kalsium və dəmirlə zəngindir.

 

11)Manqo: 

100 qram manqonun tərkibində 36 mq C vitamini var. Bu nisbət gündəlik C vitamini ehtiyacının yüzdə 60-ını qarşılayır. C vitamini ilə yanaşı, manqo A vitamini, fol turşusu, lif və kaliumla zəngindir.

 

12)İtburnu:

100 qram itburnunda 426 mq C vitamini var. Bu nisbət bir yetkinin gündəlik ehtiyac duyduğu C vitamininin 7 qatına bərabərdir. İtburnunun tərkibində C vitamini ilə yanaşı A vitamini, kalium, maqnezium, kalsium və fosfor da var.

 

Səbinə

Qlobal.net

04.03.2025 11:51
show 22