64671301df1cc202305231113
Bütün dünya qaranlığa QƏRQ OLA BİLƏR: İnsanların cəmi 30 dəqiqəsi olacaq

Bir müddətdir günəş fırtınalarını araşdıran Amerika Kosmos və Aviasiya Bazası (NASA), bütün dünyanı qaranlığa qərq edə biləcək fırtınalarla bağlı diqqətçəkən bir məsələni aşkar edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA, ölümcül gücə malik bir günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb. Bəşəriyyət isə bu vəziyyəti cəmi 30 dəqiqə əvvəldən bilə biləcək.

Astronomlar aprelin 24-də Günəşin səthində partlayış müşahidə etmişdilər. Sözügedən partlayış bu gün Yer kürəsini vurmağa hazırlaşan milyardlarla ton plazma buraxmışdı.

Tac kütləsinin atılması kimi tanınan püskürmə Günəşin cənub-qərb hissəsindən atıldı və güclü günəş küləklərinin köməyi ilə plazmanı Yerə doğru atdı.

Avropa Kosmik Agentliyinin müəyyən etdiyi hadisədə bu zərrəciklərə heç nə edilə bilməyəcəyi və onların Yer kürəsinə düşüb-düşməməsinin yalnız “tale” olduğuna diqqət çəkildi.

Milli Okean və Atmosfer Administrasiyasının açıqlamasında bildirilir ki, plazma axını bu axşama qədər təsirli olacaq.

Mütəxəssislərin hesabatlarına görə, hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, elektrik enerjisinin kəsilməsi ehtimalı da var. 

19.05.2023 10:08
500