6544809843981202311230944
Bütün dünya bu qızdan danışır: Onun... - FOTOLAR

Viktoriya Dudakova iyulda UFC-də debüt edib. Keçən həftə dünyanın əsas döyüş liqasında ikinci qələbəsini qazanıb.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, Viktoriya 26 yanvar 1999-cu ildə Rusiyada, Volqoqradda anadan olub. Uşaq yaşlarında üzgüçülüklə məşğul olub. Bu idman növündəki karyerası heç də uğursuz alınmayıb. Vika bir neçə dəfə yeniyetmələr arasında Rusiya çempionatının qızıl medalını qazanıb. Artıq 14 yaşında idman ustası adını qazanıb.

16 yaşında Viktoriya idmanı karyerasında köklü dəyişiklik edib. Dudakova kikboksinq və pankration dərsləri almağa başlayıb. Təəccüblü deyil, çünki onun kumiri Ronda Rusi idi:

"Mən həmişə döyüşməyi xoşlayırdım. UFC çempionu Rondanın döyüşlərini izləmək çox xoşuma gəlirdi. Lakin özüm rinqə girməyə cəsarət etmədim. Anam bu işdə mənə kömək etdi. Məni idman zalına gətirdi və sadəcə cəhd etməyi təklif etdi. Bu, mənim xoşuma gəldi. Baxmayaraq ki, indi anam gördüyüm işdən o qədər də razı deyil, çünki bəzən evə göm-göy bədənlə gəlirəm".

2019-cu ildə Dudakova 57 kq-a qədər çəki dərəcəsində Avropa MMA Çempionatının qalibi olub. O, bu titulu qazanan ilk rusiyalı idmançı kimi tarixə düşüb.

Viktoriya daha sonra bir neçə təşkilatın - "Fight Nights", "Open Fighting" turnirlərində döyüşdü və hamısında qalib gəlib. Vika 6 görüşdə qazandığı 6 qələbə ilə dünyanın əsas döyüş liqasına - UFC-yə daxil olub. Buradakı ilk döyüşündə braziliyalı İstela Nuneşi 34 saniyədə texniki nokautla məğlub edib. Oktyabrın 21-də UFC 294 turniri çərçivəsində baş tutan ikinci döyüşündə Dudakova hakimlərin qərarı ilə Jin Yu Freyi məğlub edib.

Bu qələbədən onra Viktoriyayla bağlı qəribə vəziyyət yaranıb. O, oktaqonda virusa yoluxduğunu bildirib. Lakin bu barədə təşkilatçılara məlumat verməyib. O, UFC ilə münasibətlərinin pozulmasından narahat olub.

UFC-nin rəhbəri Dana Uayt hadisədən xəbər tutduqdan sonra qəzəblənib: "Əgər yalan danışıb bu cür hadisələri gizlədəcəksənsə, evə gedərkən bunu et. Hər kəs bunu edir. Niyə döyüşdən sonra burada oturub deyirsən ki, infeksiya olub? Düzünü desəm, çox qəribədir".

Bu hadisədən sonra Viktoriyanın UFC-də üçüncü döyüşünün olub-olmayacağıyla bağlı məsələ hələ açıq qalıb.


03.11.2023 09:08
show 4988