Niyam Salami "Gün ortası" verlişində özündən çıxıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, müğənninin efirdə çılğın çıxışına səbəb, özünü "A kateqoriyalı" müğənni adlandıran bəzi xanım ifaçıların paltarlarındakı dərin yarığın ifrat dərəcədə olması olub.
Niyam kateqoriyası "A" olduğunu deyən müğənninin bunu paltarındakı "razrezlə" nümayiş etdirmək istəyini biabırçılıq adlandırıb:
"Bura kimi razrez olar?! Kül o kateqoriyanın təpəsinə. Nədir ki, mən "A" kateqoriyadayam, mən belə geyinməliyəm". Axı sən xarici deyilsən, sənin öz dinin, öz mədəniyyətin var. Onun çərçivəsində işlər görə bilərsən, bitdi!".