Cəmiyyət

“Bunu bəyənirsən, bizə gəlin bu olacaq?” – Aytən

“Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı oğlan tapılmır. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır”.

Qlobal.net xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər-ertəsi” proqramında deyib. Aytən anaların oğullarının ailə qurmasına mane olduğunu bildirib:

“Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anası burun büzür, deyir ki, “Bunu bəyənirsən, bizə gəlin bu olacaq?”. Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki bütün ailə qızla evlənir”. (axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button