təyyarə

Buna görə enişə imkan verilməyib - Sabiq rus deputat

Təyyarənin niyə Aktauya uçmasında heç bir sirr yoxdur.

Qlobal.net axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş rusiyalı deputat, politoloq Dmitri Çernışevski AZAL təyyarəsinin Aktauda qəzaya uğramasını şərh edərkən deyib.

“Təyyarənin Rusiya HHM qüvvələri tərəfindən vurulduğunu fərz etsək, o zaman məntiqli sual yaranır: o, niyə Aktauya uçdu, ruslar onu niyə yaxın yerə endirmədilər? Məhz buna görə enişə imkan yaratmayıblar: təyyarənin dənizdə batacağını, pilotların bu işin öhdəsindən gələ bilməyəcəyini güman edərək, onu Xəzərə yönləndirdilər. Təyyarə olmadıqda istənilən versiyadan yapışmaq olar: balon partlayışı, quş dəstəsi… Və sonra gəl bunun əksini sübut et! Daha sonra batmış təyyarənin qalıqlarını tamamilə partladacaq və bütün izləri aradan qaldıracaq bir növ sualtı ekspedisiya təşkil edilə bilərdi.

Buna “suda itmə” deyilir. Təyyarənin niyə Aktauya uçması heç də sirr deyil. Bu sirr deyil. Cavab çox sadədir: onlar mülki təyyarəni quruda vurduqlarını bilirdi və izləri suda boğmaq istəyirdilər”, - o bildirib.

Buna görə enişə imkan verilməyib -

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

28.12.2024 10:11
show 320