Göndəriş tələb edilmədən icbari tibbi sığorta hesabına stasionar tibbi xidmətdən istifadə mümkün olacaq.
Qlobal.net xəbər verir ki, bununla bağlı icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, vətəndaşlar Azərbaycan Tibb Universiteti tədris terapevt və tədris cərrahiyə klinikalarının, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə terapevtik və cərrahi tibbi xidmətlərdən istifadə üçün birbaşa müraciət edə bilərlər.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova açıqlama verib: "Xəstəxanada ixtisaslı həkim müayinəsindən keçdikdən sonra müəyyən labarotir instrumental analizlər təyin olunur. Vətəndaş həmin xidmətdən yararlandıqdan sonra diaqnoz qoyulur. Həmin müayinənin nəticəsindən asılı olaraq xidmətlər zərfi ilə qarşılanan xidmət olarsa, vətəndaş həmin müayinə kağızları ilə öz istəyindən asılı olaraq Bakı Sağlamlıq Mərkəzinə, ATU tədris-cərrahiyə klinikalarına müraciət edə bilər. Bu zaman icbari tibbi sığorta tərəfindən ödənişsiz qarşılanır".