Bu xəbərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi – FOTOFAKT

“Bolmart” marketlər şəbəkəsinin bağlanması xəbərləri yayılandan sonra şirkətin rəhbəri dəyişib.
Qlobal.net Teleqraf-a istinadən xəbər verir ki, bu gün şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.
Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.
Həmçinin OXU: Adnanın supermarketlər şəbəkəsi bağlanıb? – AÇIQLAMA
Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.

Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.
Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.



