Oftalmoloqlar həyəcan təbili çalır. Göz xəstəliklərinin getdikcə geniş yayılır.
Qlobal.net "Medicina"-ya istinadən xəbər verir ki, həkim - oftalmoloq Darya Levina görmə qabiliyyətinə zərər verən amillərdən bəhs edərkən bildirib ki, nəqliyyat vasitəsi ilə yol gedərkən kitab oxumaq zərərli vərdişlərdən biridir. Çünki hərəkətdə olduğumuz üçün əllər titrəyir, bu zaman diqqətin yayınması nəticəsində gözlərə ikiqat zərər vermiş oluruq.
Xanımlar adətən makiyajda belə yatırlar. Belə halda makiyajdakı zərərli maddələr və infeksiyalar gözə düşə bilər.
Eləcə də kontakt linzalarla yatmaq, kefiyyətsiz gün eynəyi istifadə etmək, göz həkiminə vaxtlı - vaxtında getməmək, fasiləsiz kompyüter qarşısında əyləşmək gözləri zəiflədir. Hətta bəzi göz xəstəliklərinə gətirib çıxardır.
Həkim qeyd etdi ki, kompleks vitamin müalicəsi görmə qabiliyyətini və gözdə əmələ gələn digər xəstəliklərin qarşısını ala bilər. Bunlardan A, C, E və B12 vitaminləridir ki, gözdə sərbəst radikalları məhv etməyə və retinal funksiyanı yaxşılaşdırmağa kömək edirlər.
Balıq yağı profilaktikada görmə qabiliyyətini yaxşılaşdırılması fonunda daha effektiv təsir edir.