14.01.2021
18:58
0

Bu tələbələrə əlavə təqaüd verilməlidir - TƏKLİF

Loading...

Təhsil Nazirliyi və adiyyatı orqanlar tərəfindən bütün universitetlərdə qrup nümayəndələrinə (starısta) əlavə təqaüd verilməlidir.

Qrup nümayəndəsi olan tələbə adi, həvəsləndirici və əlaçı təqaüdü alıb, almamağından asılı olmayaraq onlara əlavə qrup nümayəndəsi olduqları üçün təqaüd müəyyən edilməli və hər ay hesablarına köçürülməlidir. Nəzərə alsaq ki, qrup nümayəndələrinin üzərinə əlavə tələblər qoyulur və bu onların bütün işlərinə bir başa təsir göstərir. Bütün qrupun problemlərini onlar həll edirlər. Belə olan halda onların zəhmətinə qarşılıq olaraq və həvəsləndirmə məqsədi ilə əlavə təqaüdün təyin edilməsini daha məqsədəuyğun hesab edirəm. Bu tələbəyə öz işini görməkdə stimul verəcək və o daha məsuliyyətli olacaq. Təqaüdün təyin edilməsi haqqında qərar qəbul edilərsə həmin qərarda müəyyən qanunauyğunluqlar olmalıdır. Qayda-qanun çərçivəsində bu məsələ həll edildikdən sonra təqaüddən sui-istifadə edən "qrup nümayəndələri" öz vəzifələrindən uzaqlaşdırılmalı və daha məsuliyyətli tələbələr ilə əvəz edilməlidirlər.

Anar Salehoğlu

Loading...