660eaadb28027202404242755
Bu gecədən hava kəskin dəyişəcək - Qar yağacaq

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 8-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Qlobal.net xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. 

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

04.04.2024 19:00
show 594