6442bdff43940202304234655
Bu tarixdə hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Azərbaycanda aprelin 25-də hava kəskin dəyişəcək. 

Qlobal.net xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında güclü külək müşahidə olunacaq. 

Gündüz saatlarında havanın temperaturu 20 dərəcəyə çatsa da eyni zamanda güclü külək olacaq. 

Küləyin xüsusi ilə günorta saatlarında güclənəcəyi proqnozlaşdırılır. 

Gecə isə havanın temperaturunun 14 dərəcə olacağı gözlənilir.

21.04.2023 20:46
show 962