63cf8fca1ec54202301235906
24.01.2023
11:58
14980

BU TARİXDƏ bütün müavinət və təqaüdlər artımlarla ÖDƏNİLƏCƏK

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. 

Bu barədə Qlobal.net-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.