Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Qlobal.net-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.