Bu sürücülərə ŞOK CƏRİMƏ - 2500 MANAT
Yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlmək
olur. Bu hərəkət adətən gənclər arasında müşahidə edilir. Musiqinin
yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların
narahatlığına səbəb olur.
Bəs bu əmələ görə sürücüləri hansı məsuliyyət gözləyir?
Qlobal.net xəbər
verir ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət
tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini
tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki,
mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə,
istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən
7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət
səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu
maddədə qeyd edilən hallar “mənzillərdə, yaşayış evlərinin girişlərində
və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai
yerlərdə saat 24-dən 7-dək” aiddir. Digər saatlarda yüksək səslə musiqi
dinləyən sürücünü heç bir məsuliyyət gözləmir.Avtosfer.az