660f9b3ddd0ab202404243333

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir. 

Qlobal.net xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən bzim.media-ya verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hisssinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir. 

Bildirilib ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub. 

"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub. 

05.04.2024 10:37
show 344