Mərkəz Kahramanmaraşın Pazarcık mahalı olmaqla Türkiyənin 10 vilayətdə baş verən dəhşətli zəlzələnini təsirini aradan qaldırmaq üçün dövlət genişmiqyaslı işlər həyata keçirir.
Prezident Ərdoğanın dağılan binalarda yaşayan vətəndaşların 1 il ərzində yeni evlərlə təmin ediləcəyini bildirib. Bu məqsədlə Ekologiya, Şəhərsalma və İqlim Nazirliyinə və Toplu Konut İdaresi Başkanlığına (TOKİ) lazımı göstərişlərin verildiyini bildirib.
"AzPolitika.info" Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğanın açıqlaması diqqəti Ekologiya, Şəhərsalma və İqlim Nazirliyinin koordinasiyası ilə inşa edilən TOKİ binalarına yönəldib.
9 saat ərzində 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay və Adıyaman da daxil olmaqla 10 vilayətində Türkiyənin dövlət tikinti şirkəti olan TOKİ-nin 133 min 759 ev tikdiyi məlum olub. Zəlzələyə davamlı radial bünövrə üzərində tikilmiş evlərin heç birinin əsrin fəlakətində dağılmadığı və yararsız hala düşmədiyi müəyyən edilib.
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi 10 vilayətin valiliklərinə və Kaymakamlıqlarına məktub göndərərək, TOKİ tərəfindən tikilmiş binasların sakinlərinin evlərinə daxil ola biləcəyini bildirib. Əsrin fəlakətini yaşayan zəlzələ bölgəsində TOKİ binalarının dayanıqlığı onun məhz radial bünövrələr üzərində tikilməsi ilə izah olunur.