64f1bd4ed2689202309233038
Bu siniflərin bütün şagirdləri tələbə oldu - FOTOLAR

Azərbaycanda bir neçə məktəbdə bir sinfin bütün şagirdləri tələbə adını qazanaraq 100 faizlik nəticə göstəriblər. 

Qlobal.net xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub. 

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

 

 

Bundan başqa, Sumqayıt şəhər Təfəkkür liseyinin 11a, 11b sinfinin bütün şagirdləri tələbə adını qazanıb.

 

Bundan başqa, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 11a, 11 b, 11e sinifləri 100% nəticə göstərərək ali məktəblərə qəbul olublar.

 

(Metbuat.az)

01.09.2023 14:30
show 701