Cəmiyyət

Bu sinfin bütün məzunları tələbə oldu

Bu il ali məktəblərə qəbulda Qəbələnin məktəbləri fərqlənib.

Qlobal.net Xəzər TV-yə istinadən bildirir ki, Qəbələ şəhəri, 4 nömrəli tam orta məktəbin XI a sinfinin 19 məzunun hamısı ali məktəbə qəbul olub.

Bu şagirdlərdən dördü 650 baldan yuxarı nəticə göstərib. 619 bal qazanan Zəhra Hümbətova Qarabağ Universitetinin tibb fakultəsini seçib.

Qəbələ şəhər 2 nömrəli tam orta məktəb də qabaqcıllardandır. Təhsil ocağının eyni sinfinin 21 məzunu da tələbə adını qazanıb. Məktəbi 6 şagird qırmızı attestatla bitirib. Burda şagirdlər daha çox hərbi ixtisaslara üstünlük veriblər.

Bu il rayon üzrə ali məktəblərə 830 şagird sənəd verib. Onlardan 584 nəfər qəbul olub. Qəbul olanların 54 nəfəri 600-dən yuxarı bal toplayıb.

Related Articles

Bir cavab yazın

Back to top button