651ffe855189d202310233309
Bu şəxslərin kredit borcu silinə bilər

Azərbaycanda banklar antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin qohumlarının da kredit borcunu silə bilər.

Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o qeyd edib.

06.10.2023 16:32
1898