manat

Bu şəxslərə maaşdan əlavə pul veriləcək - RƏSMİ

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib.

Qlobal.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin mədəniyyət təsisatlarına "beynəlxalq" status aşağıdakı meyarlar nəzərə alınmaqla veriləcək:

- konsert müəssisələri üzrə:

- tərkibində ən azı 2 kollektivi olan;

- beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;

- əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

- vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

- dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;

- muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;

- Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;

- UNESCO çərçivəsində milli mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;

- müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;

- tərkibində səsyazma və ya video studiyaları yaradan;

- asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr aşağıdakı kimi olacaq:

2-1. "Beynəlxalq" status almış müəssisələr üzrə:

2-1.1. 1-4-cü dərəcələr - 55 manat

2-1.2. 5-7-ci dərəcələr - 90 manat

2-1.3. 8-11-ci dərəcələr - 120 manat

2-1.4. 12-15-ci dərəcələr - 160 manat

2-1.5. 16-17-ci dərəcələr - 200 manat

2-1.6. 18-19-cu dərəcələr - 280 manat

21.10.2024 17:50
show 503