2024-cü ilin yanvar ayından vergi güzəştləri yenidən tətbiq ediləcək. Azərbaycanda əhalinin banklara qoyduğu depozitin müəyyən hissəsi vergidən azad ediləcək.
Yeni qaydalara əsasən, aylıq dividenti 200 manata qədər olan depozitdən gələn gəlirlər vergidən tam olacaq.
Millət vəkili Vüqar Bayramov ATV-yə bildirib ki, vətəndaşın bankda 30 min manatlıq depoziti varsa, həmin depozitə görə 8 faiz divident ödənilirsə, onun illik gəliri olan 2400 manat vergidən tam azad olacaq. Hər hansı vergi ödəmədən həm depoziti, həm də gəliri götürmək imkanına malik olacaq.
Ətraflı süjetdə izləyə bilərsiniz: