654492c2b364a202311232714
Bu şəxslər yanvar ayından 50 manat əvəzinə 200 manat ödəməli olacaq

2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlər 2%-lik (Bakıda 4%) sadələşdirilmiş vergidən məhrum edilib, 5%-lik güzəştli gəlir vergisinə keçirilmişdi. İndi 20%-lik gəlir vergisinə keçilir".

Gundem.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.

"Yəni bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur", deyə ekspert bildirib.

03.11.2023 10:25
12549