xankəndi
Bu şəxslər Xankəndidə mənzillə təmin olunacaq

Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Qlobal.net-ə bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "_ (istiqamət üzrə) müəllim" yazmaqla karabakh@edu.gov.az ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciət iyunun 25-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərlər.

Qeyd olunub ki, universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

11.06.2024 20:25
show 591