parklanma
Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

"Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə, həmin ərazilər müəyyən edilir".

Qlobal.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Real TV-yə müsahibəsində deyib.

Bildirib ki, bundan sonra sözügedən parklanma əraziləri yalnız həmin qurumlarda çalışan şəxslərin xidməti və ya şəxsi avtomobili üçün pulsuz nəzərdə tutulacaq:

"Belə olan halda sözügedən ərazilərdə digər avtomobillərin parklanması halında müvafiq inzibati cərimənin müəyyən edilməsi təklif olunur".


17.06.2024 09:30
show 426