6470695a78209202305231002

Bu şəxslər dövlətdən bu yardımı da ala bilər - Adambaşına 246 manat... - VİDEO

"Ünvanlı dövlət sosial yardımının alınmasının müharibə veteranı adının olması ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirmir. Əksinə bütün vətəndaşlarımız kimi, müharibə veteranı statusu olan şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirsə, təyin edilə bilər".

Bunu Real tv-yə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.

Sədr müavini əlavə edib ki, ünvanlı dövlət sosial yardımı şəxslərə deyil, aztəminatlı ailələrə ayrılır: "Bu yardımı almaq üçün ailə həqiqətən aztəminatlı olmalıdır. Bu gün ehtiyac meyarının məbləği 246 manatdır".


26.05.2023 12:08
show 5416