Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar!
Qlobal.net Musavat.com-a istinadən xəbər verir ki, hadisə 23 fevral 2025-ci ildə, konsert başlamamışdan əvvəl baş verib. Zal dolu olduğu bir anda bir qadın ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görüb və bundan sonra artıq əsas tamaşa səhnədə yox, zalda baş verib!
Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq qışqıra -qışqıra sorğu-suala çəkib, daha sonra isə səbrini saxlaya bilməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Tamaşaçılar gözlənilməz səhnəni izləyərkən müdaxilə etməyə çalışan insanlar vəziyyəti sakitləşdirməyə çalışıblar.
Maraqlısı budur ki, bu qeyri-adi “şou”nun şahidi olan bəzi tamaşaçılar bunun konsertin bir hissəsi olduğunu düşünüb! Lakin məsələ ciddiləşəndə və real dava halı alanda, qadınlar saçyoldusuna çıxanda zalda uğultu, sonra isə alqışlar səslənib.
Bir çox istifadəçi isə bu hadisəni “Bu Şəhərdə”nin ən real və təsirli səhnəsi” adlandırıb.
Hadisədən sonra nələrin baş verdiyi və ərlə arvadın münasibətinin necə davam edəcəyi bilinmir. Lakin bir şey dəqiqdir – o axşam konsertdə “gülməli səhnələr” təkcə aktyorların ifasında baş verməyib!