6512cbe33e8bf202309231739
Bu şəhər üçün ŞOK zəlzələ proqnozu: 7,9 bal gücündə olacaq

Yaponiyalı inşaat mühəndisi və zəlzələ mütəxəssisi Yoşinori Morivaki mümkün İzmir zəlzələsindən danışıb.

O, Türkiyənin İzmir şəhərində zəlzələ gözləndiyini bildirib.

"İzmirdə zəlzələ baş verən zaman 18 bina çökdü, ancaq İzmirin öz fay xətti yox, Egey dənizindəki fay xətti qırıldı. İzmirin öz fay xətti topladığı gücü atmağa çalışacaq, ona görə də İzmir üçün zəlzələ gözləyirik" - o qeyd edib.

Təxminən 32 ildir Türkiyədə yaşayan yapon zəlzələ mütəxəssisi 7 baldan aşağı olacağını əlavə edib: "Türkiyəyə baxsaq, Şərqi Anadolu fay xətti, Elazığ, Maraş, Hatay və dənizdən Kiprə çatan fay xətti var ki, o da qırıla bilər. Şərqi Anadolu fay xətti ilə Şimali Anadolu fay xəttinin qovuşduğu Bingöl, Muş, Bitlis, Van, Mərmərə Bölgəsi və İzmir bölgəsində zəlzələ gözlədiyimizi deyə bilərəm. Manisada fay xətti bir dəfə qırıldığından İzmirdə zəlzələni gözləyirik. Mərmərə üçün ən pis ssenari 7,9 bal gücündə ola bilər, lakin İzmir üçün ən pis ssenaridə belə, zəlzələ 7 baldan aşağı olacaq". (musavat.com)

26.09.2023 16:16
show 1104