Bu saatlarda kartla ödəmə edənlər risk altındadırlar

Plastik kartlardan istifadə hər gün daha da çoxalır. Lakin mütəxəssislər günün müəyyən saatlarında kartla ödəniş edilməsinin həm maddi itkilərə, həm də təhlükəsizlik problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edir. Həmin saatlarda aparılan ödənişlərin gözlənilməz şəkildə daha yüksək məbləğlə hesabda görünməsi və ya ikiqat çəkiliş kimi problemlər yarana bilər. Bəs riskli hesab olunan o saatlar hansılardır?
Milli.Az xəbər verir ki, finans və kibertəhlükəsizlik üzrə ekspertlərə görə, gecə 00:00-03:00 arasında kredit kartı ilə edilən ödənişlərdə xəta ehtimalı xeyli yüksəlir. Bu zaman:
Bank sistemlərində texniki baxım işləri aparıldığı üçün əməliyyatlar yubanır,
Ödəniş təsdiqlərinin gecikməsi nəticəsində ikiqat və ya artıq məbləğdə çəkiliş baş verə bilir,
Proviziya xətaları səbəbilə məbləğ sonradan gözlənilmədən kart ekstresində əks oluna bilər.
Ekspertlər bildirir ki, “Gecə bu saatlarda kartla ödəniş edən səhər xoşagəlməz sürprizlə qarşılaşa bilər.”
Gecə yarısından sonra bank sistemlərində yenilənmə və texniki əməliyyatların çoxalması kiberdələduzlara fürsət yaradır. Bu zaman:
Saxta saytlar daha asan aktivləşir,
İstifadəçilərin diqqəti azalır,
Kart və şəxsi məlumat oğurluqları daha tez-tez baş verir.
Mütəxəssislər xüsusilə internet üzərindən alış-verişin bu saatlarda edilməsinin ciddi risk daşıdığını vurğulayır.
Bir çox bank gecə saatlarında sistem yükünün artması səbəbilə əməliyyat xətalarının çoxaldığını bildirir. Rəsmi bir qadağa olmasa da bütün xəbərdarlıqlar eyni məqama işarə edir: “Zərurət yoxdursa, gecə kredit kartı ilə ödəniş etməyin.”
Gecə ödəniş etməli olanlara mütəxəssislər səhər ilk olaraq kart hərəkətlərini yoxlamağı tövsiyə edir. Çünki həmin saatlarda aparılan əməliyyatlarda:
İkiqat çəkiliş,
Artıq proviziya,
Ləğv olunmuş əməliyyatın yenə də karta əks olunması
kimi problemlər daha tez-tez baş verir.



