Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə
arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv
sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada
verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir. Qlobal.net xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu
haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qaydalara görə, hüquqi şəxslərə arxiv
arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin
təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20
manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə
arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv
sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində
verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat
dövlət rüsumu tutulub.