vəzifə

Bu rayonların təhsil sektorunun müdiri işdən çıxarıldı - FOTO

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifədən azad edilib.

Qlobal.net xəbər verir ki, bu barədə "qafqazinfo"nun sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Nəticədə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifədən azad edilib. (milli.az)

03.02.2025 14:25
show 59