Şou-biznes
Bu qız boşanandan sonra milyonlar qazandı

Türkiyəli model və aktrisa Yasemin Ergene, 14 illik həyat yoldaşı İzzet Özilhanla 4 sentyabrda rəsmən boşandıqdan sonra sosial şəbəkədəki fəaliyyətini gəlir mənbəyinə çevirib.
Qlobal.net bildirir ki, boşanmadan yalnız 10 gün sonra Ergene instaqrama qayıdaraq paltaryuyan maşın brendinin reklamını paylaşıb. Daha sonra o, süfrə dəstləri, saç baxım məhsulları, dəri kremləri, corablar və üz baxımı məhsulları daxil olmaqla ümumilikdə 15 fərqli markanın reklamında yer alıb.
Məlumata əsasən, Yasemin Ergene hər reklam üçün 400 min ilə 800 min lirə arasında qonorar alır. Orta hesabla 600 min lirə götürüldükdə, aktrisanın 15 reklamdan təxminən 9 milyon TL qazandığı bildirilib.
Fidan Məmmədli
Qlobal.net



