Qidalar düzgün saxlanmazsa, tez xarab olub və sağlamlığımız üçün təhlükə
yarada bilər. Süd turşuya bilər, ət pis qoxu verə bilər, çörək kiflənə bilər...
Qlobal.net bildirir ki, qidanın xarab olması onun tərkibindəki maddələrdən, saxlama şəraitindən
və mikroorqanizmlərin fəaliyyətindən asılıdır.
Bəs qidaları düzgün şəkildə necə saxlamaq olar?
1)Süd Və Süd Məhsulları:
Xarab olma əlamətləri: qıcqırma,
laxtalanma, pis qoxu, rəng dəyişikliyi.
Səbəbləri: Bakterial artım (xüsusilə laktik turşu bakteriyaları), yüksək
temperatur
Qarşısının alınması yolları: Soyuq yerlərdə
və hava keçirməyən qablarda saxlamaq.
2)Ət Və Ət Məhsulları:
Xarab olma əlamətləri: Yaşılımtıl rəng,
pis qoxu, yapışqanlıq hissiyatı.
Səbəbləri: Bakterial artım (Salmonella, E. coli), oksidləşmə.
Qarşısının alınması yolları: Soyuq
saxlama, vakuum qablaşdırma, sürətli istehlak.
3)Meyvə Və Tərəvəzlər:
Xarab olma əlamətləri: Kiflənmə,
çürümə, suyun salması, yumşalma.
Səbəbləri: Enzimatik deqradasiya, göbələk və bakteriya artımı.
Qarşısının alınması yolları: Soyuducuda
saxlamaq, yuyulub qurudulmaq, hava sirkulyasiyası olan mühitdə saxlamaq.
4)Çörək Və Un Məmulatları:
Xarab olma əlamətləri: Kiflənmə,
boyatlama, bərkimə.
Səbəbləri: Göbələklərin böyüməsi, nəm itkisi.
Qarşısının alınması yolları: Quru və sərin
yerdə saxlayın, hava keçirməyən qablaşdırmadan istifadə edin.
5)Yağlar Və Yağlı Qidalar:
Xarab olma əlamətləri: Acılıq, pis
qoxu, rəngin qaralması.
Səbəbləri: Oksidləşmə, istilik və işığa məruz qalma.
Qarşısının alınması yolları: Qaranlıq
qablarda, sərin yerdə saxlayın
6)Konservlər Və Hazır Qidalar:
Xarab olma əlamətləri: Qapağın şişməsi,
qazın xaric olması, pis qoxu.
Səbəblər: Bakterial artım (xüsusilə Clostridium botulinum), hava ilə təmas.
Qarşısının alınması yolları: Açıldıqdan
sonra soyuducuda saxlayın, son istifadə tarixinə diqqət yetirin
Səbinə
Qlobal.net