həkim

Bu qəsəbədə işləyəcək həkimə 428 min dollar maaş veriləcək - FOTO

Avstraliyanın ucqar qəsəbəsi olan Culia Krikdə illik 428 min dollar (təx. 728 min manat) qarşılığında işləməyə həkim axtarılır.

Qlobal.net milli.az-a istinadla xəbər verir ki, bu maaş Kvinslen əyalətinin paytaxtı Brisbendə bir həkimin maaşından iki dəfə çoxdur.

500 nəfər əhalisi olan qəsəbədə bir həkim var. O da işdən çıxmağa hazırlaşır. Ən yaxın böyük şəhərdən yeddi saatlıq məsafədə yerləşən qəsəbədə işləyəcək həkimin kirayə və avtomobil xərcləri də qarşılanacaq.

Qəsəbənin hazırkı həkimi Adam Lous deyib ki, övladlarının böyüməsi və bir sıra ailəvi problemlərlə əlaqədar ərazidən köçmək qərarına gəlib.

Amma həkim kənd yerlərinin sərt iqliminə - məsələn, həddindən artıq istilərə, tropik həşəratlara dözməyi bacarmalıdır. (ölkə.az)


  • 30.03.2025 17:30
    show 652