qatar

Bu qatarların sürət həddi endirildi

Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.

Qlobal.net xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər:

"ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edir.

Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir".

08.02.2025 09:36
show 82