Aİ ilə Sosial Müdafiə Təşkilatı (SGK) tərəfindən həyata keçirilən azyaşlı uşaqlı qadınların iş həyatı ilə əlaqəsini kəsməməsini hədəfləyən layihədə aylıq dəstək 325 avrodan 510 avroya (900 manat) yüksəlib.
Qlobal.net Publika.az-a istinadən xəbər verir ki, Sosial Müdafiə Təşkilatı (SGK) Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə həyata keçirilən “EDUCARE II” layihəsi davam edir. Ümumi büdcəsi təxminən 15,3 milyon avro olan layihə, hər ay 3 min 500 ana və 3 min 500 baxıcı olmaqla cəmi 7 min qadını işlə təmin etməyi hədəfləyir.
Bu layihə Türkiyədə də tətbiq olunur. Ankara, İstanbul və İzmiri əhatə edən layihəyə sığortalı çalışan analar cəlb olunur. Dəstək isə 0-36 aylıq körpəsi olan analara verilir.