Babək prospektində hərəkət yenidən məhdudlaşdırıldı.
Qlobal.net xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.