639815176c3ca202212220055
Bu proqramları telefonunuzdan dərhal silin, yoxsa...

Mobil telefon istifadəçiləri tərəfindən milyonlarla dəfə endirilən bəzi proqramlar barədə xəbərdarlıq edilib və onların telefonlardan silinməsi məsləhət görülüb.

Qlobal.net gundem.az-a istinadən xəbər verir ki, bəzi android proqramları antivirus şirkəti tərəfindən zərərli proqram və reklam proqramlarının yayılması kimi aşkar edilib. Nəhəng şirkətlərə hücum edərək böyük itkilərə səbəb olan bu təcavüzkarlar indi də ağıllı cihazlarımız vasitəsilə təhlükəsizliyimizi təhdid etməyə başlayıblar.

Google sözçüsü Toms Guide xəbərinə görə, "Google Play Store"də daha bir zərərli android proqramları qrupu aşkar edilib.

Bildirilib ki, ilk dəfə antivirus şirkəti tərəfindən kəşf edilən bu proqramlar istifadəçiləri aldatmaq üçün kommunal proqramlar və optimallaşdırıcılar kimi görünür.

Sözügedən proqramlar aşağıdakılardır:

Bluetooth device auto connect
Bluetooth Wi-Fi USB driver

Volume, Music Equalizer

Fast Cleaner Cooling Master

Bildirilib ki, bütün zərərli proqramlar "Google" tərəfindən "Play Store"dən silinib. Bununla belə, əgər sizin planşetinizdə və ya smartfonunuzda bunlardan hər hansı biri quraşdırılıbsa, cihazlarınız və məlumatlarınız üçün yarana biləcək təhlükələrdən qaçmaq üçün onları dərhal silməlisiniz.

13.12.2022 10:00
show 706